XƏBƏRLƏR
MƏLUMAT
Nəsimi rayon MKS-nin Mərkəzi Kitabxanası “ Məndə Sığar İki Cahan” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 13:30

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nəsimi rayon MKS-nin  Mərkəzi Kitabxanası 54 saylı tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “ Məndə Sığar İki Cahan” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahibə Abbasova açaraq qonaqları salamlayıb və Nəsimiyə həsr olunmuş slayd izlənilib.

Kitabxananın işçisi Sevinc İbrahimova Nəsiminin həyat və yaradıcılığından geniş məruzə ilə çıxış edib. Sonra  tədbirdə qonaq qismində iştirak edən, filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, Qürbət Mirzəzadə və Qədim Qubadoğlu Nəsiminin yaradıcılığından söhbət açıblar.

Kitabxananın fəal oxucuları Vaqif İmanov, Dəyanət, liseyinin şagirdləri Mövlanə Tahirova, Rəsul Məmmədov və 54 saylı tam orta məktəbin şagirdlərinin ifasında Nəsiminin qəzəlləri səsləndirilib.

Bakı Humanitar Kollecinin tələbələrinin ifasında Nəsiminin qəzəli əsasında muğam və müğənni Mütəllim Mütəllimovun ifasında “Azərbaycan”  mahnısı tədbir iştirakçıların könlünü oxşayıb.

Tədbirin sonunda MKS-nin direktoru Nəsibə Mehdiyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Baxış sayı: 72329