XƏBƏRLƏR
MƏLUMAT
“Nəsimi ili” çərçivəsində növbəti yubiley tədbiri
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 11:26

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Yasamal rayon 167 saylı tam orta məktəblə birgə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar   tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Qafarova açaraq, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu vurğulayıb.

Sonra 8-ci, 9-cu və 11-ci sinif şagirdləri Rəvan Hüseynov, Zümrüd  Babazadə, Hacıməmməd Mahmudov, Çiçək Cəfərova, Fidan  Cavadzadə, Emin Hümmətov şairin qəzəllərindən parçalar söyləyiblər. Nəsimi filmindən fraqmentlər nümayiş olunub.

Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək şairin həyatından və onun lirik şeirlərindən məlumat verib.

Məktəbin direktoru Qasım Qasımov  Mərkəzi  Kitabxananın  kollektivinə təşəkkürünü bildirib və belə  tədbirlərin  davamlı  olmasını arzulayıb.

Sonda  Mərkəzi  Kitabxananın Nəsiminin kitablarından ibarət  hazırladığı sərgiyə və “Nəsimi  ili” stendinə baxış keçirilib.

https://www.youtube.com/watch?v=MYpZIwKJP8A

https://www.youtube.com/watch?v=MPAxms7tk8c

https://www.youtube.com/watch?v=8FTm-I5D9nI

Baxış sayı: 51177