XƏBƏRLƏR
MƏLUMAT
“Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 13:55

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları 225 saylı tam orta məktəbin 8c sinif şagirdləri ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil edib.

Ekskursiya Azərbaycan xalqının qüdrətli söz ustalarından biri olan böyük Nəsiminin 650 illik yubileyi çərçivəsində keçirilən “Nəsimi ili” ilə əlaqədar olub.

Şagirdlər muzeydə dahi şairə həsr olunmuş eksponatlarla yaxından tanış olub, onları maraqlandıran suallara cavablar alıblar.

Sonda şagirdlər Azərbaycanın dahi şairləri Nizami, Füzuli, Məshəti Gəncəvi, Natavan və başqa görkəmli şair və yazıçılar haqqında maraqlı məlumatlar əldə ediblər.

 

Baxış sayı: 26668