XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində idman yarışı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 09:42

Mayın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində 9 May - Faşizim üzərində qələbənin 74-cü il dönümünə həsr olunmuş idman yarışı keçirilib.

Yarışda Nardaran qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən idman kurslarının üzvləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov çıxış edərək Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön həmdə arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin parçasıdır.

Sonra yarışa start verilib. Müxtəlif yaş qruplarında və çəkidə olan idmançılar öz güclərini sınayıb.

Sonda qaliblər diplom və medallara təltif olunub.

Baxış sayı: 79557