XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Göyçək Fatmanın nağılı” əsəri əsasında hazırlanmış tamaşa təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 15:09

İyunun 13-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində  "Nur" teatrının aktyorları və İncəsənət  Universitetinin  tələbələri 15 iyun Qurtuluş Günü ilə əlaqədar “Göyçək Fatmanın nağılı” əsəri əsasında hazırlanmış tamaşanı  qəsəbənin azyaşlı sakinlərinə təqdim ediblər.

Tamaşa zamanı aktyorların maraqlı çıxışı azyaşlıların zövqünü oxşayıb.

Qeyd edək ki tamaşa böyük kütlə alqışı ilə başa çatıb. Sonda Nardaran qəsəbə Mədəniyyət  Mərkəzinin direktoru Asif Qurbanov  Mədəniyyət  Mərkəzindəki tədbirlərdə fəal iştiraklarına görə "Nur" teatrının aktyorlarına və İncəsənət Universitetinin tələbələrinə təşəkkürnamələr təqdim edib.

Baxış sayı: 85442