XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində gənc yazar Elnur Qərarinin oxucularla görüşü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 16:00

Mayın 24-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində gənc yazar Elnur Qərarinin oxucularla görüşü keçirilib.

Tədbir zamanı gənc müğənnilər Etibar Quluzadə, Sunay Mələk və Xasay Şıxıyev şair Elnur Qərarinin sözlərinə yazılmış mahnılarla tamaşıçıların zövqünü oxşayıb. Qiraətçi Müşfiqə Bahəddin qızının çıxışı da tamaşıçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra 130 saylı tam orta məktəbin şagirdlərinin ifasında Elnur Qərarinin şeirləri dinlənilib. Tədbirdə şair Elnur Qərarinin çalışdığı  Dövlət Miqrasiya Xidmətinin  əməkdaşları da iştirak edib.

Sonda  Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov 130 saylı tam orta məktəbin şagirdləri Esmira Babayeva, Əminə Babayeva, Rüqəyya Yəhyayeva, Fatimə Məmmədovaya tədbirlərdə fəal iştiraklarına  görə təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, tədbirin aparıcısı fəlsəfə elmləri doktoru Mayıl Yaqub olub.

Baxış sayı: 5121