XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:57

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbində ümummilli lider, Azərbaycan  dövlətinin qurucusu, dahi Heydər Əliyevin anadan olmasının 96-cı  ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, “Nəzəriyyə” ixtisası üzrə müəllim Arzu  Xalıqova məruzə ilə çıxış edərək dahi öndər Heydər Əliyevin    Azərbaycan xalqının müstəqillik tarixinin yaradıcısı  olmasından, onun tanrının Azərbaycan xalqını sevərək ona  göndərdiyi fədakarlıq simvolu olmasından danışıb. Məruzəçi ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin  fəaliyyətindən, xalqımızın rifahi naminə gördüyü misilsiz xidmətlərdən bəhs edərək, xalqımızın Dahi Öndər Heydər Əliyevi  heç vaxt unutmayacağını, onun adının daim böyük fəxrlə  anılacağını söyləyib.

Sonra məktəb şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə  bəstəkarlarının əsərləri səslənib.

Sonda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək, dahi  öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün necə dəyərli, unudulmaz bir dövlət xadimi olduğunu, onun xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini söyləyib.

 

 

 

 

 

 

 

 

 

 

Baxış sayı: 2366