XƏBƏRLƏR
MƏLUMAT
Müqəddəs Ramazan bayramına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 11:30

May ayının 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban Abbasov adına Mədəniyyət Sarayının mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Süsən Allahverdiyevanın və yaradıcı kollektivin iştirakı ilə 1 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində Müqəddəs Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

Sarayin bədii rəhbəri Bəhiyyə Nağıyeva tədbirdə iştirak edən hər kəsi salamlayaraq bayram münasibəti ilə təbrik edib.

Müğənnilərdən Aynurə Şirinova, Mirəli Cavadov, Kənan Dağlaroğlu, Nura Şahinli, Hicran Həsənova və xanəndə Leyla Qarabağlınin ifasında rəngarəng, şən mahnılar alqışlarla qarşılanıb.

 

Baxış sayı: 46696