XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxana “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasını təqdim edəcək
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 13:33

Mayın 23-də Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir və “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli yazıçının ömür yolundan, zəngin yaradıcılığından və Azərbaycan dramaturgiyasının inkişafındakı xidmətlərindən danışılacaq.

Baxış sayı: 52569