XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında dostluq festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 13:26

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Mərdəkan Mədəniyyət Sarayında növbəti dəfə Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinə həsr edilmiş Dostluq Festivalı keçirilib. İki qardaş ölkənin dostluğuna həsr edilmiş festival rəngarəng rəqsləri ilə yadda qalıb.

Tədbirdə Sarayda fəaliyyət göstərən “Lalələr”, “Azad” rəqs kollektivlərinin  “Ağ çiçək”, “Lalələr”, “Odlar yurdu ” rəqsləri ilə yanaşı, Sarayın “Salsa” rəqs qrupunun rəhbəri Emin Zabilovun tələbəsi Oksana Məmmədova ilə birgə  çıxışı xüsusi alqışlarla müşayiət olunub. Sarayın solisti Sübhanə Müslümovanın ifa etdiyi “Solnse” mahnısı tədbirdə xoş ovqat yaradıb.

Tədbirdə Gürcüstan Beynəlxalq Rəqs Assosiasiyasının Folklor departamentinin prezidenti David Qaqaşidzenin rəhbərliyi ilə  “Lavra”, “Kebuli”, “Qorda”, “Salxino”, “Omati” rəqs kollektivlərinin “Acar”, “Abxaz”, “Kazbek”, “Mtiuluri” , “Moxeuri” rəqsləri də rəğbətlə qarşılanıb.

Sonda tədbir iştirakçıları diplomlarla təltif olunublar.

 

Baxış sayı: 77658