XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında 28 May Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 14:04

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik edərək qeyd ediblər ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə öz arzusuna qovuşub. 

Daha sonra Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən Kiknoksinq-karate dərnəyinin rəhbəri, qara kəmər idman ustası, Avropa və dünya çempionu Ramin Əliyevin tələbələrinin nümunəvi çıxışları,  Xanlar Bəşirovun rəhbərlik etdiyi "Azərbaycan qartalları" rəqs kollektivinin rəngarəng rəqsləri, sarayın solisti Sübhanə Müslümovanın şən ifaları ilə yanaşı 4 saylı musiqi məktəbinin tələbələrinin çıxışları əsl bayram ovqatı yaradıb.

 

Baxış sayı: 26930