XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayı "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 11:10

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Mərdəkan Mədəniyyət Sarayı Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə 1-ci yeri - 149 nömrəli tam orta məktəbin şagirdi Arifə Babayeva, 2-ci yeri- 234 nömrəli tam orta məktəbin şagirdi Mələk Hüseynova, 3-cü yeri -117 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Məmmədzadə və 234 nömrəli tam orta məktəbin şagirdi Ayxan Hüseynova tutub.

Baxış sayı: 53155