XƏBƏRLƏR
MƏLUMAT
“Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 08:42

Mayın 22-də saat 19:00-da Nizami Kino Mərkəzində görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində “Balans” milli rəqəmsal studiyasında bərpa edilmiş “Mateo Falkone” filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaqdır.

Prosper Merimenin novellası əsasında çəkilmiş film milli kinomuzun qızıl fonduna daxildir. Bu filmin yaranmasında Azərbaycan mədəniyyəti və kinosunun korifeyləri Tofiq Tağızadə,  Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov kimi dahi simalar öz töhfələrini vermişlər.

Baxış sayı: 34202