XƏBƏRLƏR
MƏLUMAT
M.S.Ordubadinin vəfatının 69-cı ildönümünə həsr olunmuş anım günü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2019 16:56

Mayın 1-də M.S.Ordubadinin   xatirə muzeyində dahi şəxsiyyət, mənəvi mədəniyyətimizin inkişafında xüsusi mövqeyi olan M.S.Ordubadinin vəfatının 69-cı ildönümünə həsr olunmuş anım günü keçirilib.

Yazıçının xatirəsini yad etmək üçün M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları, yazıçının qohumları, Abdulla Şaiqin ev muzeyinin, Bülbülün xatirə muzeyinin, Azərbaycan Dövlət teatr muzeyinin, Rostrapoviçlərin ev muzeyinin, Azərbaycan Dövlət musiqi mədəniyyəti muzeyinin, Niyazinin ev muzeyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı ədibin ocağına toplaşıblar.

Gələn gonaglar ədibin zəngin yaradıcılığından söhbət açaraq onun əziz xatirəsini yad ediblər.

Baxış sayı: 99080