XƏBƏRLƏR
MƏLUMAT
M.S.Ordubadinin Xatirə muzeyinə təşəkkürnamə təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:45

Bildiyiniz kimi, mayın 12-dən 18-dək “Nəsimi ili” ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olunur.

Mayın 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Muzey Mərkəzində tədbir keçirilib.

18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar 5 il keçirilən “Məktəblilər üçün muzey həftəsi”ni yüksək səviyyədə təşkilində göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.S.Ordubadinin Xatirə muzeyinə təşəkkürnamə təqdim edilib.

Muzeyin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə, Təhsil Naziri cənab Ceyhun Bayramova dərin təşəkkürlərini bildirib, onu qarşıdan gələn Beynəlxalq Muzeylər Günü ərəfəsində muzey əməkdaşlarına böyük töhfə sayıb.

Baxış sayı: 9584