XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Beynəlxalq müsabiqədə iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 13:22

01-04 may 2019-cu il tarixlərində Tibilisi şəhərində (Gürcüstan) Vaja Çaçava adına III Beynəlxalq ifaçılıq sənəti müsabiqəsi keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin skripka ixtisası üzrə 2-ci sinif şagirdi Səid Məmmədov müsabiqədə iştirak edərək I yerə layiq görülüb.

Müəllim Mahirə Əsgər qızı Tabıyevanın şagirdi olan Səid Məmmədov bu il ərzində artıq 3-cü dəfədir ki, laureat adını qazanıb.

Baxış sayı: 4144