XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında 28 May Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 11:47

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında 28 May Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Kitabxananın əməkdaşı Ülkər Məmmədova Respublika günü  haqqında məlumat verib. Məlumatda qeyd edilib ki, Respublika günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada çar imperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti  yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Söhbətin keçirilməsində əsas məqsəd Vətənə sevgi və vətənpərvərlik hissini aşılamaqdır.

Baxış sayı: 71459