XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi “Qələbə bizimlədir” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 09:08

Mayın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi Faşizm üzərində qələbənin 74–cü ildönümünə həsr olunmuş “Qələbə bizimlədir” adlı tədbir keçirib. Tədbir qəsəbədə 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib. Sonra hərbi qarovul abidə önünə əklil qoyaraq,  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Veteranlar Şurasının sədri Məmmədağa Nəsirov çıxış  edərək veteranları və qonaqları qələbə günü münasibətilə təbrik edib.

Tədbirdə şeirlər səsləndirilib ,kompozisiyalar təqdim edilib , “Dilbərim” rəqs qrupunun ifasında rəqslər ifa olunub. “Türkvision” mahnı müsabiqəsinin  qalibi Əhməd Əmirli vətənpərvər ruhda ifa etdiyi mahnılarla tədbirə əsl bayram abu-havası qatıb.

Sonda Bülbülə qəsəbə nümayəndəliyinin sədri Elçin Seyfullayev, Böyük Vətən Müharibəsinin iştirakçısı Məmmədəli Ələkbərov, Böyük Vətən Müharibəsi veteranı Tofiq Əhmədov və arxa cəbhə iştirakçısı Şəfiqə Nüsrət qızı çıxış ediblər.

 

Baxış sayı: 70561