XƏBƏRLƏR
MƏLUMAT
M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 11:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin "Dərya" rəqs qrupunun üzvləri və Xalq teatrının üzvləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 122 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə iştirak ediblər.

“Dərya” rəqs qrupu uşaqları əyləndirmək üçün milli və hind rəqsləri ilə çıxışlar ediblər. Xalq teatrının üzvü isə  "Şən kloun" rolunda balaca məktəbliləri əyləndirib.

 

Baxış sayı: 23831