XƏBƏRLƏR
MƏLUMAT
M.A Əliyev adına Mədəniyyət Evi Hövsan Mədəniyyət Sarayı ilə birgə 15 iyun “Qurtuluş Günü”-nə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:36

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.A Əliyev adına Mədəniyyət evi Hövsan Mədəniyyət Sarayı ilə birgə 15 iyun “Qurtuluş Günü”-nə həsr olunmuş konsert keçirib. Tədbir M.A Əliyev adına Mədəniyyət evində təşkil edilib.

Tədbir zamanı Qurtuluş gününün yaranma tarixi haqqında məlumat verilib, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Qurtuluşdan İntibaha” adlı video-çarx təqdim olunub. 

Konsertdə  Mədəniyyət evlərinin solistləri Aliyə Vəliyeva, Cəmilə Heydərova, Kamal Dadaşov, Gülxanım Məmmədli, Pirverdi Xamrayev, Şərifov Elnur, Mədinə Əsgərova, Pirverdiyev Asim, Namiq Xəlilov, Aydan Rəcəbəliyeva, Fuad Vəliyev, Seymur Niftiyev şeir, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. 

Baxış sayı: 26180