XƏBƏRLƏR
MƏLUMAT
L.və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik uşaq musiqi məktəbinin şagirdi “Sehirli Dünyanın Musiqisi ” adlı layihədə iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2019 09:30

Regional İctimai mədəniyyət və humanitar proqram üzrə M.L.Rostropoviç adına Fondun təşəbüssü ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi L. və M. Rostropoviçlər adına 21№-lı Uşaq Musiqi Məktəbinin XI sinif şagirdi Mstislav Rostropoviç Fondunun təqaüdçüsü Samir Mahir oğlu Əsədli (müəllim Rzayev Zamin Teymur o.) mayın 29-dan iyunun 3-dək Moskva şəhərində keçirilən “Sehirli Dünyanın Musiqisi ” adlı layihəsində iştirak edib. Qeyd edək ki, Ə. Samir  Mstislav Rostropoviç Fondunun Prezidenti Olqa Mstislavovna Rostropoviç tərəfindən dəvət olunub.

İyunun 1-də “Sehirli Dünyanın Musiqisi ” adlı layihə çərçivəsində Əsədli Samir böyük uğurla və yüksək səviyyədə Qalina Vişnevskaya adına Opera Oxuma Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsertdə Vittorio Monti- “Çardaş” və “Bayatı Şiraz” muğamını səsləndirib. Əsədli Samir Azərbaycanın milli aləti olan tarda öz möhtəşəm ifası ilə  bir daha bütün qonaqları heyran edib.

 

Baxış sayı: 19279