XƏBƏRLƏR
MƏLUMAT
Kürdəxanı qəsəbə Mədəniyyət evinin kollektivi Böyük Vətən müharibəsi şəhidlərinin abidə-kompleksini ziyarət edib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:01

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kürdəxanı qəsəbə Mədəniyyət evinin kollektivi“9 may Qələbə Günü” ilə əlaqədar 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olmuş Kürdəxanı şəhidlərinin abidə-kompleksini ziyarət ediblər.

Tədbirdə 336 saylı körpələr evi-uşaq bağçası, Sabunçu rayon MKS-nin 8 saylı filialı, Qəsəbə nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Mədəniyyət evinin əməkdaşı 9 may Qələbə gününün tarixi barədə uşaqlara məlumat verib.

Sonda balaca igidlərin ifasında Vətənə aid şeirlər, mahnılar səslənib.

Baxış sayı: 80758