XƏBƏRLƏR
MƏLUMAT
Kürdəxanı qəsəbə Mədəniyyət evində “Uşaqların sevinci” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 10:54

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kürdəxanı qəsəbə Mədəniyyət evində 1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi gününə həsr edilmiş “Uşaqların sevinci” adlı konsert keçirilib.

Tədbiri Mədəniyyət evinin direktoru Aygün Məmmədova açıq elan edərək, gələn balaca qonaqları ürəkdən təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. 

Tədbirdə bir-birindən maraqlı rəqs nömrələri təqdim olunub, şeirlər səslənib və uşaqların sevimlisi olan kloun və onun dostları tədbirə daha da rəng qataraq uşaqları əyləndiriblər. Xalq artisti Vamiq  Məmmədəliyev öz növbəsində uşaqları bayram münasibəti ilə təbrik edib, onlara xoş arzularını bildirib.

Tədbirdə həmçinin Sabunçu rayon MKS-in 8 saylı filialının kollektivi, 113 saylı tam orta məktəbin şagirdləri və kənd sakinləri iştirak ediblər.

Baxış sayı: 34963