XƏBƏRLƏR
MƏLUMAT
Krem (qaymaq) souslu göbələkli fettuçini
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 09:53

stifadə edəcəyəniz ərzaqların siyahısı:

 3 nəfərlik porsiya

300 qram şampinyon göbələyi 1 baş orta ölçülü soğan 1 diş sarımsaq 100 qram toyuğun döş əti 300 ml 10% yağlılıqlı qaymaq duz istiot 2 xörək qaşığı kərə yağı 2 xörək qaşığı duru yağ 400 q fettuçini makaron (yoxdursa, spagetti də ola bilər)

Hazırlanma qaydası:

 1. Tavanı isti edib kərə yağı ilə duru yağı ora tökün. Bir diş sarımsağı soyub bıçağın yanı ilə əzin. Sarımsağı iki dəqiqə yağda qızardın.

2. Sarımsağı tavadan götürün. Toyuq ətini və göbələyi tavaya tökün. 3 dəqiqə qızardın. Göbələk su verəcək (bir haşiyə: göbələyi təmizləyərkən yumayın. Üstünə yapışmış torpağı və palçığı fırça ilə təmizləyin. Göbələk yuyulanda su ona hopur və yemək bişirəndə bu su göbələyin dadını öldürür. Həmçinin əgər göbələyi qızardacaqsınızsa, onu əvvəlcədən qaynatmaq olmaz. Sonra göbələk rezin kimi olur). Yağa düşəndə göbələk və ətə soğan elavə edin. Yüksək atəşdə 3-4 dəqiqə qızardın və qaymağı töküb atəşi azaldın. 10 dəqiqədən sonra atəşi söndürün. Sous hazırdır.

3. Fettuçinini və ya spagettini qaynadıb süzün. Süzülmüş spagettini souslu tavaya töküb qarışdırın, iki dəqiqə saxlayın ki, sous makarona hopsun. Süfrəyə verəndə üstünə reyhan qurusu ve parmezan pendiri də tökəndə dadlı olur.

Nuş olsun.

Baxış sayı: 70548