XƏBƏRLƏR
MƏLUMAT
Kann kinofestivalı Alen Delonu mükafatlandırıb
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 16:09

Kann kinofestivalın “Qızıl palma budağı” mükafatını məşhur fransız aktyoru Alen Delona təqdim edib.

AZƏRTAC xəbər verir ki, fransız aktyor festivalın təşkilat komitəsinin qərarı ilə bu mükafata kinematoqrafiyada qazandığı bənzərsiz karyerasına görə layiq görülüb.

Qeyd edək ki, Alen Delon 90-a yaxın filmdə çəkilib. O, “Qızmar günəş altında” (1960), “Rokko və onun qardaşları” (1961), “Leopard” (1963) kimi filmlərdə çəkildikdən sonra məşhurlaşıb. Uzun karyerası boyunca bu onun Kann kinofestivalında qazandığı ilk mükafatıdır.

Baxış sayı: 34106