XƏBƏRLƏR
MƏLUMAT
İncəsənət Gimnaziyası şagirdlərinin ifası beynəlxalq yarışmada yüksək qiymətləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 09:50

Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında səslənən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun “Bahar qızı əfsanəsi” uşaq operası və digər mahnılar Qazaxıstanda keçirilən beynəlxalq yarışmada 2-ci yerə layiq görülüb.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifova bildirib ki, hazırda gimnaziya tələbələri tərəfindən “Bahar qızı əfsanəsi” operasının məşqləri gedir. Məşqləri bitirmək üzrəyik. Əsərdən bir pərdəni Qazaxıstanda keçirilən “Caspi-art Uluslararası Sanat Yarışması”na göndərdik. Yarışmanın münsiflər heyəti tərəfindən gimnaziya şagirdlərinin ifasında səslənən həm bəstəkarın əsəri, həm də digər mahnılar çox yüksək qiymətləndirilib.

 

Baxış sayı: 17613