XƏBƏRLƏR
MƏLUMAT
“İlk kosmonavt” viktorinasının fəal iştirakçıları təltif olunub
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil edib. Viktorinaya aprel ayının 1-dən start verilib.

Viktorinanın yekunlarına əsasən I yeri Zərdab rayonu 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, II yeri Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, III yeri isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova qazanıb.

“İlk kosmonavt” viktorinasının Bakı şəhəri üzrə fəal iştirakçıları – Nərimanov rayonu 37 nömrəli tam orta məktəbin şagirdi Muhamməd Qasımlı və Qaradağ rayonu 110 nömrəli tam orta məktəbin şagirdi İsaxan Masıyev Təşəkkürnamələrlə təltif olunublar.

 

Baxış sayı: 80966