XƏBƏRLƏR
MƏLUMAT
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Azadlığa gedən yol qurtuluşdan başlayır” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:13

İyunun 13- də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Azadlığa gedən yol qurtuluşdan başlayır” adlı dəyirmi masa keçirilib.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Dəyirmi masada "15 iyun - Milli Qurtuluş Gününün" əhəmiyyətindən danışılıb. Bildirilib ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olub. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun tarixi də Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olunmuşdur.

Sonda  Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadənin  və "Ailə" xalq ansamblının bədii rəhbəri Azad Cəbrayılovun ifasında vətənpərvərlik musiqiləri səslənib.

Baxış sayı: 92540