XƏBƏRLƏR
MƏLUMAT
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “28 May – Respublika günü”nə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 14:36

Mayın 27-də Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin  İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “28 May – Respublika günü”nə həsr olunmuş “Bir millət, bir torpaq, bir bayraq və bir Cümhuriyyət” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Giriş sözü ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova tədbir iştirakçılarını salamlayaraq, gələn qonaqları 28 May - Respublika Günü münasibətilə təbrik edib və bildirib ki, Azərbaycanda müstəqil dövlətin yaranması 1918-ci il mayın 28-i tarixi ilə bağlıdır. Məhz həmin gün Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunub.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək, cəmi 23 ay mövcud olub və bu dövr Azərbaycan dövlətinin müstəqilliyi tarixində müstəsna rol oynayıb. Daha sonra 28 May Respublika Gününə həsr edilmiş tədbir Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin və müğənnilərin ifasında səslənən bayram nəğmələri ilə davam edib.

Tamaşaçı qismində fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri və müəllimləri iştirak ediblər. Son olaraq Mədəniyyət Mərkəzinin Bədii rəhbəri Məhərrəm Nəcəfzadə  gələn qonaqları, iştirakçıları təbrik edərək tədbiri bağlı elan edib.

 

Baxış sayı: 51186