XƏBƏRLƏR
MƏLUMAT
Hövsan Mədəniyyət Sarayı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı 1 İyun- Uşaqların Müdafiəsi Günü münasibəti ilə tədbir keçirib. Belə ki, sarayın “Rəssamlıq” dərnəyinin şagirdləri arasında rəsm yarışması keçirilib.

Yarışmanın şərtlərinə görə onlar ilk mərhələdə dünya uşaqlarını öz təsəvvür etdikləri kimi vatman kağızları üzərində, daha sonra isə asfalt üzərində çəkiblər. 

Yarışmanın qaliblərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub. 

Baxış sayı: 78931