XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bilgəh qəsəbə Mədəniyyət Evinin iştirakı ilə dahi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir 142 saylı tam orta məktəbdə təşkil olunub.

Ulu öndərin ölkənin elm, təhsil, mədəniyyət sahəsində misilsiz xidmətlərindən söz açılıb. Azərbaycanda qeyd olunan sahələr üzrə qazanılan uğur və nailiyyətlərin təməlində ulu öndərin qoyduğu siyasətin dayandığı vurğulanıb.

Mədəniyyət Evinin "Vətən" ansamblının, metodist Vəsilə Quliyevanın ifası tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.

 

Baxış sayı: 29363