XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 10:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov və başqa rəsmi qonaqlar iştirak ediblər.

Tanınmış müğənnilər Elnur Məmmədov, Dana Durdana, Nur Cəfərli, Zeynəb Həsəni, Cəvahir Abdulovanın iştirakı ilə keçirilən konsertdə ulu öndərə, vətənə həsr olunmuş mahnılar səslənib, “Səma” və “Turac” rəqs qruplarının ifasında rəngarəng rəqslər təqdim olunub. 

Baxış sayı: 69695