XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli kinooperator Xan Babayevin xatirəsi anılacaq
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 09:16

Mayın 24-də görkəmli kinooperator Xan Babayevin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunda reallaşacaq tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq.

Qeyd edək ki, operatorluq məktəbinin ən parlaq nümayəndələrindən biri olan Xan Babayev “Ögey ana”, “Böyük dayaq” və bir çox klassik Azərbaycan filmlərinə operator kimi quruluş verib.

Baxış sayı: 15319