XƏBƏRLƏR
MƏLUMAT
"Gör sənin ağlın nə kəsir" adlı maarifçi ədəbi-bədii kompozisiya təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 18:12

Mayın 3-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 180 saylı tam orta məktəb "Gör sənin ağlın nə kəsir" adlı maarifçi ədəbi-bədii kompozisiya təqdim edib.

Tədbirdə məktəbin musiqi və "Ədəbiyyat" dərnəyinin üzvləri iştirak edib.

Məktəbin ədəbiyyat müəllimi , "Ədəbiyyat" dərnəyinin rəhbəri Əli Abbasov çıxış edərək bildirib ki, bu tədbir Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş silsilə tədbirlərin başlanğıcıdır. Tədbirin keçirilməsinin əsas məqsədi  gəncləri internet şəbəkələrindən , mobil telefonlardan aşırı dərəcədə  istifadə etməsinə mane olmaqdır. Eyni  zamanda qız uşaqlarının təhsildən geri qalaraq, savadsızlığa və erkən ailə qurmağa məcburburiyyəti bu tədbirin əsas qayəsidir.

Baxış sayı: 61090