XƏBƏRLƏR
MƏLUMAT
Gənc pianoçularımızın növbəti beynəlxalq qələbəsi
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 13:31

01-04 may 2019-cu il tarixlərində Gürcüstanın Tibilisi şəhərində Vaja Çaçava adına III Beynəlxalq ifaçılıq sənəti müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin  fortepiano ixtisası üzrə VI  sinif  şağirdi  Şirin  Əmiraslanova (10-12  yaş) və həmin ixtisas üzrə VIII sinif şagirdi Fatimə Vəliyeva (13-15 yaş) iştirak ediblər. Müsabiqədə həmçinin Gürcüstan, Azərbaycan, Rusiya, Koreya, Ukrayna və s. ölkələr də təmsil olunublar.

Şirin müsabiqədə İ.S.Baxın B-dur Prelüdiya və fuqasını (YTK I cild), V.A.Motsartın D-dur Sonatasını, Q.Qarayevin 2 prelüdünü, V.Azaraşvilinin Noktürnünü, Fatimə isə İ.S.Baxın Cis-dur (YTK I cild), Prelüdiya və fuqasını, L.V.Bethovenin G-dur Sonata № 16, Q.Qarayevin “Çar kəndinin heykəli”, V.Azaraşvilinin “Nostalji” əsərlərini ifa edərək münsiflər heyətinin qərarı ilə I yerə layiq görülüb, müsabiqənin laureatı adını qazanıblar.

Şagirdlərin müəllimi professor Siala Sinamdzqvarişvilidir.

 

Baxış sayı: 52773