XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi müsabiqədə iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 11:54

15 -17 may tarixlərində Fransanın Annemasse şəhərində Adilə Əliyeva adına XIV Gənc Pianoçular və İnstrumentalçıların Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin klarnet ixtisası üzrə IV sinif şagirdi Asim Rzazadə təmsil edib. Seçim turunda 300-dən çox iştirakçı arasında finala vəsiqə qazanmış 30 nəfər iştirakçı arasında Asim də vardır.

Asim finalda L.V.Bethoven “ Sonatina” B-dur, M.Monqani “Romans”, B.Kovaç “Salam Aleykum” və Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərlərini məharətlə ifa edib və münsiflərin yekdil qərarı ilə I yerə layiq görülərək laureat adını qazanıb.

Mayın 17-də İsveçrənin paytaxtı Cenevrədə BMT-nin Kongres Hall-unda laureatların Qala-Konsertində Asim B.Kovaçın “Salam Aleykum” əsərini ifa edib. Konsertə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova da dəvət alıb. Konserti Fransa Televiziyası ilə yanaşı, Azərbaycanın "Mədəniyyət"  kanalı da işıqlandırıb. Fransa mətbuatında dərc olunmuş geniş məqalədə Asimin ifası haqqında rəylər öz əksini tapıb.

Qeyd edək ki, A. Rzazadənin bu uğurlarında məktəbin məsləhətçi müəllimi Vaqif Məmmədovun və konsertmeyster Svetlana Əhmədovanın əməyi böyükdür.

Baxış sayı: 49445