XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində laureatların konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 14:26

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində 2018 -2019- cu tədris ilində Respublika və Beynəlxalq müsabiqələrdə laureat adını qazanmış şagirdlərin konserti keçirilib.

Laureatlardan Nuray Miratayeva (f-no), Ləman Seyidova (f-no), Asim Rzazadə (klarnet), Nərgiz Rəcəbli (qanun), Şirin Əmiraslanova (f-no), Murad İbrahimli (tar), Fatimə Vəliyeva (f-no), Səmra Hüseynli (f-no), Tuqay Hüseynzadə (kamança), Fidan Əmişova (f-no), Asunda Səlimli (xanəndə) və məktəbin məzunları Təhminə Xuduzadə (vilolonçel) Nəriman Əmiraslanov (f-no) konsertdə maraqlı proqramla çıxış ediblər.

Konsertdə Paris və İsveç Konservatoriyasının professoru, pianoçu Adilə Əliyeva iştirak edib.O, bu yaxınlarda Fransada keçirilən Adilə Əliyeva adına Beynəlxalq müsabiqədə laureat adını qazanmış klarnet ifaçısı məktəbin şagirdi Asim Rzazadənin və bu günkü konsertdə çıxış edən şagirdlərin ifası haqqında çıxış edərək xoş sözlər ifadə edib.

Məktəbin direktoru Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək Adilə xanıma və şagirdlərə öz təşəkkürünü bildirib. 2018 - 2019 - cu tədris ilinin başa çatması münasibəti ilə şagird və pedaqoji kollektivi təbrik edərək laureatlara təşəkkürnamə təqdim edib.

Baxış sayı: 85357