XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi Üzeyir Hacıbəylinin Ev Muzeyində sinif konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 10:00

Mayın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi Günel Yusubovanın Üzeyir Hacıbəylinin Ev Muzeyində sinif konserti keçirilib.

Konsertdə Günel Yusubovanın şagirdlərindən Nərgiz Fərəc (I sinif) V.A.Motsartın “Beşik nəğməsi”, V.Şainskinin “Timsah Genanın mahnısı”, Vernerin “Balaca ördəklərin rəqsi”, Aytən Sarıyeva (II sinif) Üz.Hacıbəylinin “Leyli və Məcnun” operasından “Mahnı”, Ə.Abbasovun “Aşıqsayağı”, J.Bizenin “Karmen” operasından “Habanera”, Cəlal Bəşirli (II sinif) Maykoparın “Düşüncə”, Azərbaycan xalq mahnısı “Dağıstan”, Cəmil Fərəc (II sinif) F.Əmirovun “Zarafatcıl rəqs”, Roulinin “Əsgər”, Yerumanın “River flows” və Fidan Sarıyeva (II sinif) F.Əmirovun “Lirik rəqs” və “Sevilin rəqsi”, Leqranın “Şerburqun çətirləri” filmindən melodiya və Üz.Hacıbəylinin “Lay-lay” əsərlərini məharətlə ifa ediblər.

Sonda muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova Günel Yusubovaya və məktəbin fortepiano şöbəsinin müdiri Rəşidə Məmmədzadəyə maraqli konsert proqramı təşkil etdikləri üçün öz təşəkkürünü bildirib.

Baxış sayı: 66597