XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi “Bahar səsləri” adlı konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 13:20

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin vokal şöbəsi şagirdlərinin Yarat İncəsənət Mərkəzində “Bahar səsləri” adlı konserti keçirilib.

Konsertdə müəllim Yevgeniya Məmmədovanın şagirdlərindən İskəndər Həsənzadə, Nafisat Akiyeva, Leyli Nəcəfova, Aidə Cümşüdlü, Sevil Əsədullayeva, Leyla Hüseynova, Fəxriyyə Əliyeva, Fidan Əliyeva, Cəlal Bəşirli maraqli proqramla çıxış ediblər.

Şagirdlər arasında beynəlxalq və respublika müsabiqə laureatları da olub.

Şagirdləri konsertmeyster Lalə Bağırzadə müşayiət edib.

Baxış sayı: 85342