XƏBƏRLƏR
MƏLUMAT
Fransada gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 09:12

Azərbaycanlı rəssam Məryəm Ələkbərlinin 25 əsərdən ibarət “Şərq nağılları” adlı yeni kolleksiyası Fransada 3 müasir incəsənət sərgisində ardıcıl olaraq nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası əvvəlcə mayın 24-dən 26-dək Parisdə Luvr muzeyinin Karrusel salonunda, mayın 30-dan iyunun 2-dək La Baule şəhərinin Alantia Konqres Sarayında, iyunun 8-dən 10-dək isə Biaritz şəhərində “Casino Barriere”də təşkil olunacaq “Art Shopping” sərgisində nümayiş ediləcək.

Qeyd edək ki, Məryəmin əsərləri məşhur sənətsevərlərin kolleksiyalarını zənginləşdirir. Fransız aktyoru J. Depardyenin kolleksiyasında gənc rəssamın ümumilikdə 7 əsəri yer alıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Baxış sayı: 20704