XƏBƏRLƏR
MƏLUMAT
“Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportajlarını davam etdirir
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 09:30

Ərəbdünyasınınməşhur “Əl-Arabiyya” televiziyakanalı Azərbaycanlabağlı reportajlarını davametdirir.

AZƏRTAC xəbərverirki, budəfəkireportaj “Qala” DövlətTarixEtnoqrafiyaQoruğu, “Atəşgahməbədi” DövlətTarix-MemarlıqQoruğu, “Yanardağ”DövlətTarix-Mədəniyyətvə TəbiətQoruğunahəsrolunub.

Qeydedilirki, “Qala” DövlətTarix-EtnoqrafiyaQoruğununziyarətçiləriqədimadət-ənənələrlə, digəretnoqrafikmateriallarlatanışolur, buqədimdiyarıntarixinə qısaekskursiyaedirlər. Qoruq ərazisində yaşı 300-ü keçən ağaclar, eləcə də digər maddi mədəniyyət nümunələri, müdafiə-istehkam qalası da mövcuddur.

Reportaj “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun eksponatlarına da yer ayırıb. Qeyd edilir ki, Atəşgah məbədi Bakı şəhərindən şərqdə yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduslar və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Bu məbəd XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib. Bakıya gəlmiş Aleksandr Düma, Dmitri Mendeleyev və digər məşhur alim və səyahətçilər bu məkana baş çəkiblər.

Həmçinin reportajda nadir təbiət hadisəsi olan Yanardağdan da danışılır. Qeyd edilir ki, min illər ərzində sönmədən yanan bu dağ haqqında müxtəlif əsatirlər, əfsanələr gəzib dolaşır.

Baxış sayı: 31077