Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin xatirə günüdür.
Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Qeyd edilib ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərinə, bir sıra teatr tamaşalarına musiqi yazıb.
Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Bəstəkarın A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.
- 17:01 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:45 Yazıçı, şair Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirilib
- 16:34 "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
- 15:02 Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 14:56 Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 11:59 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:54 Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb
- 09:59 “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
- 09:34 Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
- 09:31 İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
- 17:20 Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 16:28 Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
- 14:29 Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq
- 12:16 Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 12:10 “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
- 11:53 İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb
- 11:47 Uşaq yazarları ilə görüş keçirilib
- 11:00 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
- 09:45 Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:38 “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub
- 09:33 V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
- 17:04 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
- 16:55 “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirilib
- 16:41 Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək
- 15:36 “Utancaq qız” növbəti dəfə səhnədə
- 15:08 Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
- 11:07 Şüvəlan qəsəbə Mədəniyyət evi “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib
- 11:04 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:41 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
- 10:30 “Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirilib
- 10:27 Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur
- 09:35 Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
- 09:34 Bu gün Əməkdar artist Həsən Əblucun anadan olmasının 82 ili tamam olur
- 09:32 Londonda keçirilən festivalda Azərbaycan rəqsi nümayiş olunub
- 09:30 Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
- 09:23 Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub
- 13:33 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 17:31 Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
- 16:19 Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
- 15:48 Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş
- 12:20 İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 12:19 “Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 11:04 “Fotolarda canlanan tarix” sərgisi başa çatıb
- 11:00 Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək
- 10:28 Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
- 10:15 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar ekskursiyalar təşkil olunub
- 09:28 Bu gün Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117 ili tamam olur
- 17:49 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi növbəti konsert keçirib
- 17:01 Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
- 16:46 Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb
- 16:42 Görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə tədbir keçirilib
- 16:17 “Tariximizin mədəni yaddaşı” adlı tədbir keçirilib
- 15:45 Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb
- 15:22 18 Aprel-Beynəlxalq Abidələr Gününə həsr olunan tədbir keçirilib
- 14:36 Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
- 14:34 Bu gün Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 127 ili tamam olur
- 11:21 İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
- 11:04 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:36 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 09:33 Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək