XƏBƏRLƏR
MƏLUMAT
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 09:51

“Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, “Oniros Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019”  festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International Film Festival”da isə  “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, rejissor Şamil Əliyevin Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanıb. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Baxış sayı: 59176