XƏBƏRLƏR
MƏLUMAT
Çingiz Mustafayev “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazanıb
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 08:27

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

 AZƏRTAC xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.

Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.

 

Baxış sayı: 20437