XƏBƏRLƏR
MƏLUMAT
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd ediləcək
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 15:45

Mayın 23-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

Nazirlikdən  bildirilib ki, tədbirin bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək.

Tədbirin keçirilməsində məqsəd Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, martın 20-də Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olub. Prezident qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb.

Baxış sayı: 30518