XƏBƏRLƏR
MƏLUMAT
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 10:00

Mayın 16-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa keçirilib.

Tədbiri  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev  açaraq, narkomaniya və narkobiznesin müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb və  faciəvi nəticələrə gətirib çıxaran bəla olmasından danışıb. Həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edib.

Kitabxananınelmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirib ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilib.

Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin həkim-narkoloquAsif Kəngərli narkomaniyada hər şeyin sadədən mürəkkəbə doğru irəliləməsindən, yəni bu vasitələri qəbul edənlərin bədənin tələbi ilə dozanı artıra-artıra məhvə doğru getmələrindən çox dəqiq faktlarla çıxış edib. Çıxışının sonunda “Alkaqol-sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Bir ömür hekayəsi”, “Tütünçəkmə barədə hər şey”, Azərbaycan və rus dillərində çap olunan “Bəla”, “Beda” kitablarını, həmçinin, “Bəla” əsərinin audio diskini kitabxanaya hədiyyə verib, çoxsaylı sualları cavablandırıb.

İctimai xadim Əli Qafarov bu gün orqanizmində narkotik daşıyıcılarının əksəriyyətinin  yeniyetmə və gənc  olması,  bunun sonunda dayanan faciələr mövzusunda çıxışının sonunda gələcəyimizi sağlam ruhlu, sağlam əqidəli gənclərimizlə görmək istədiyini bildirib. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü  Rafiq Cavadovnarkotikin təsiri altında olanların   ailə üzvləri, ətrafındakılar ilə problemlər yaratmaları, onların psixoloji sarsıntılar keçirərək  insanlara zərər vermələri, həmçinin, gələcək həyatlarını məhv etmələri  mövzusunda çıxış edib.

Tədbirdə həmçinin,  Bakı Dövlət Universitetinin,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Tədbir boyu həkim-narkoloqAsif Kəngərlinin narkomaniya, onun törətdiyi acı fəsadlara həsr olunmuş  “Bəla” əsəri əsasında çəkilmiş film nümayiş edilib.

Tədbirin sonunda “Gəncliyimizi narkotikdən  qoruyaq” adlı kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 25518