XƏBƏRLƏR
MƏLUMAT
C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi 28 May Respublika Günü münasibətilə konsert proqramı təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 11:19

Mayın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi 28 May Respublika Günü münasibətilə konsert proqramı təqdim edib.

Konsert Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə təşkil olunub.

Məktəb şagirdlərinin rəngarəng mahnılardan ibarət konsert proqramı, vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.  

Maraqlı keçən tədbirin sonunda hərbi hissənin komandanlığı məktəbin kollektivini Fəxri Fərman ilə təltif edib.

Baxış sayı: 61981