XƏBƏRLƏR
MƏLUMAT
«Здесь ангел пролетел…» (“Burdan bir mələk ötüb...”) kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 10:12

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar kitabxananın fəxri oxucusu, yazıçı-publisist Zöhrə Əsgərovanın kitabxana ilə birgə layihəsi əsasında hazırlanmış «Здесь ангел пролетел…» (“Burdan bir mələk ötüb..”) kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabxananın fəxri oxucusu, yazıçı-publisist Reyhan Mirzəzadə, yazıçı, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı), “Məcməüş–Şüəra”nın sədri, professor Şahin Fazil, XDMX kitabxanasının müdiri Zenfira Əliyeva, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, ziyalılar, kitabxananın kiçikyaşlı oxucuları, kitabxana əməkdaşları iştirak edib.

Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova tədbiri açıq elan edərək uşaqları təbrik edib və bildirib ki, bu kitab uşaqlara böyük hədiyyədir. Kitab mövzu baxımından maraqlı və rəngarəngdir. 17 hekayədən ibarət olan kitab kiçik və orta məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Yazıçı Zöhrə Əsgərova çıxışında qeyd edib ki, kitabda uşaqların nəcib insan, xeyirxah və vətənpərvər vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapıb.

Sonda kiçikyaşlı oxucular Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib, şeirlər söyləyib.

Zöhrə Əsgərova kiçikyaşlı oxuculara avtoqrafI ilə «Здесь ангел пролетел…» (“Burdan bir mələk ötüb...”) kitabını hədiyyə edib.

Qeyd edək ki, Azərbaycan kitabxana tarixində ilk dəfə olaraq, Yasamal rayon MKS-i müəlliflərlə birgə layihə əsasında “Burdan bir mələk ötüb...” («Здесь ангел пролетел…») və “Bu dünyanın fidanları. Дети–сияние планеты” kitablarını nəşrə hazırlayıb. Kitablar Rusiya Federasiyası, Qazaxstan, Qırğızıstan, Belarus və Ukrayna kitabxanalarına da göndərilib.

 

Baxış sayı: 37819