XƏBƏRLƏR
MƏLUMAT
Bu gün ssenarist və kinodramaturq Eldəniz Quliyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2021 01:33

Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb.

"Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.

2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.

Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir.

Eldəniz Quliyevin "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz", "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub.

Baxış sayı: 145