XƏBƏRLƏR
MƏLUMAT
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 10:24

“Stara Zagora” (Bolqarıstan) opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı Silviya Tomova akademiyanın dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) şagird və tələbələri üçün ustad dərsləri keçib.

Şagird və tələbələr tərəfindən maraqla qarşılanan dərslər aktiv şəkildə davam edib.

Ustad dərsləri çərçivəsində Silviya Tomovanın BXA rəhbərliyi ilə də görüşü keçirilib. Görüşdə ustad dərsləri barədə fikir mübadiləsi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Daha sonra S.Tomova Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun akademiyaya səfəri zamanı baş tutan görüşdə də iştirak edib və BXA haqqında müsbət fikirlər səsləndirərək akademiyada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd edib. S.Tomova həmçinin Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Qulinin xeyli müddət Bolqarıstan Respublikasının Varna şəhərində balet məktəbinə rəhbərlik edərək, bolqar klassik xoreoqrafiyasının inkişafında yaxından iştirak etdiyini də vurğulayıb.

Onu da qeyd edək ki, bir ay davam edən ustad dərsləri çərçivəsində Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyinə həsr olunacaq  Qala konsert  üçün də bir sıra klassik rəqs nömrələrinə quruluş verib.

Baxış sayı: 28303